QR CodeQR Code

Suriya ordusu xarici hərbiçiləri ələ keçirib

9 Jan 2013 19:57

IslamTimes - Əsirlər arasında fransızlar da var.


Həməd Xeyr ən-Nadir əl-Əhd xəbər portalına verdiyi müsahibə zamanı ifşa edib ki, Suriyanın əlaqədar dövlət orqanları ötən saatlar ərzində Dəməşqin yaxınlığında yerləşən Darya məntəqəsində bir neçə xarici ölkə hərbçisini həbs edib.

Həməd Xeyr ən-Nadir həbs edilənlərin əsasən Səudiyyə Ərəbistanı vətəndaşı olan ərəb hərbçilər və döyüşçülərdən ibarət olduğunu bildirib.

Ən-Nəim qəbiləsinin şeyxi bu əməliyyat zamanı Suriya silahlı qüvvələrinin çoxlu sayda fransız hərbçini də əsir aldığını bildirib.
Dünən də Suriya mənbələri İordaniya və Çeçenistandan gəlmiş çoxlu sayda yaraqlının da ələ keçdiyini xəbər verib. /YeniŞərq/


Story Code: 229619

News Link :
https://www.islamtimes.org/az/news/229619/suriya-ordusu-xarici-hərbiçiləri-ələ-keçirib

Islam Times
  https://www.islamtimes.org