0
Wednesday 9 January 2013 - 20:32

AİP liderinin səhhəti ilə bağlı rəsmi açıqlama

Story Code : 229647
AİP liderinin səhhəti ilə bağlı rəsmi açıqlama
AİP liderinin səhhəti ilə bağlı rəsmi açıqlama
Dünən AİP lideri doktor Mövsüm Səmədovun ürəyində yaranmış problemə görə Pentensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcəyi barədə məlumat vermişdik. Mövsüm Səmədovun Müalicə Müəssisəsinə yerləşdirilməsi artıq bu gün öz rəsmi təsdiqini tapıb. Bu barədə İnsan Haqları Uğrunda İctimai Birliyin sədri Eynulla Fətullayev məlumat verib. Hüquq müdafiəçisi bildirdi ki, Mövsüm Səmədovun dünən Pentensiar Xidmətin Müalicə Müəssisəsinə gətirilib: “Artıq bununla bağlı rəsmi sorğuma bu gün cavab almışam. Müalicə müəssisəsində Mövsüm Səmədovun qan analizləri götürülüb. O damarların valikozu diaqnozu ilə xəstəxanaya daxil edilib. Bu gün eyni zamanda dopler müayinəsindən də keçirilib. Eyni zamanda ona təklif edilib ki, qanunvericiliyə uyğun qaydada o, öz həkimlərini və mütəxəssislərini dəvət edib müalicə ala bilər.”
Eynulla bəy onu da bildirdi ki, AİP sədri hazırda palataya yerləşdirilib: “Hesab edirəm ki, AİP liderinin həyatı üçün hər hansı bir təhlükə yoxdur. Deyilənlərə görə onun əvvəllər də ürək damarlarının valikoz genişlənməsi ilə bağlı səhhətində problemlər olub.”(faktxeber)
Source : Faktxeber
Comment