0
Thursday 10 January 2013 - 13:25

ABŞ narahatdır

Story Code : 229912
ABŞ narahatdır
Britaniya hökumətinin Avropa Birliyi ilə münasibətləri barədə ümummilli referendum keçirmə planları ABŞ-ı narahat edib.

Birləşmiş Ştatların Avropa və Avrasiya üzrə Dövlət Katibi Filipp Qordon bildirib ki, Amerika Avropa Birliyinin tərkibində Britaniyanın güclü səsində maraqlıdır: «Belə referendumlar tez-tez ölkənin özünə qapanmasına gətirir».

Qeyd edək ki, Devid Kameron mühafizəkarların təzyiqi ilə Britaniyanın Avropa Birliyi ilə bundan sonrakı münasitbətləri barədə ümummilli referendumun keçirilmə ehştimalı barədə bəyanat vermişdi.

Kemeron söhbətin hələ ki, Britaniyanın AB-dən çıxma məsələsindən getmədiyini deyib: «Bununla belə, Avropa Birliyinə üzv olan dövlətlərin gələcək inteqrasiya və vahid valyutanın istifadəsi fonunda AB ilə əməkdaşlığın şərtlərinə yenidən baxılmasına ehtiyac var».
Comment