0
Friday 11 January 2013 - 09:49

Əli Əkbər Salehi Misir prezidenti ilə görüşüb

Story Code : 230106
Əli Əkbər Salehi Misir prezidenti ilə görüşüb
APA-nın İRİB-ə istinadən məlumatına görə, Qahirə şəhərində baş tutan görüşdə İran-Misir münasibətləri, bölgə və beynəlxalq məsələlər müzakirə edilib.

Ə.Ə.Salehi BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Əhzər İbrahimi ilə görüşü ilə də bağlı məlumat verərək, Suriya böhranın həll yolları haqqında da danışıb. Tərəflər Fələstin məsələsini də müzakirə ediblər.
Comment