QR CodeQR Code

Obamaya rədd cavabı verildi

XezerXeber , 11 Jan 2013 15:09

IslamTimes - Eynicinsli nikahlara qarşı çıxan pastor (protestant keşişi) ABŞ prezidenti Barak Obamaya xeyir-dua verməkdən imtina edib.


Din xadimi bunu yanvarın 21-də dövlət başçısının andiçmə mərasimindən sonra etməli idi.

İmtinaya səbəb pastorun xristianları “gündəmdə olan problemlərə” qəti şəkildə reaksiya verməyə səslədiyi və eynicinsli nikahların yayılmasının cəmiyyətin bütün sütunlarını dağıtdığına dair xəbərdarlığının yer aldığı çıxışının internetdə yerləşdirilməsi səbəb olub.

“Yanvarın 21-i prezidentə xeyir-dua vermək üçün andiçmə mərasiminə dəvət olunmağım mənim üçün böyük fəxrdir. Lakin mənim 15-20 il əvvəl verdiyim bəyanatlar andiçmə mərasimini təşkil edənlərin səylərini heçə endirir”, - deyə din xadimi bildirib.

Qeyd olunur ki, o, insan alveri və cinsi köləliklə mübarizədə göstərdiyi xidmətlərə görə seçilib.


Story Code: 230194

News Link :
https://www.islamtimes.org/az/news/230194/obamaya-rədd-cavabı-verildi

Islam Times
  https://www.islamtimes.org