QR CodeQR Code

Əli Əkbər Salehi: "...bütün iranlılar sünnidir"

12 Jan 2013 10:37

IslamTimes - İranın XİN rəhbəri Qərb mətbuatının "şiə fobiyası"nın təbliğində ittiham edib


“Sünnilik İslam peyğəmbərinin yolunu getməkdirsə, bütün iranlılar sünnidir”. Bunu Misirdə rəsmi səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. Məlumata görə, paytaxt Qahirədə ölkə prezidenti Məhəmməd Mursinin qəbulunda olan Salehi görüşdən sonra həmkarı Məhəmməd Kamil Əmr ilə ortaq mətbuat konfransı keçirib. Mətbuata Suriya və bölgədə baş verənlər barədə açıqlama verən Salehi Qərb mətbuatının “şiə fobiyası”nı təbliğ etməkdə ittiham edib.

“Qərb mətbuatı ərəb ölkələrində “şiə fobiyasını” təbliğ edir və İsrail əvəzinə İranı ərəblərə düşmən kimi göstərir. Əgər sünnilik İslam peyğəmbərinin yolunda getməkdirsə, bütün iranlılar sünnidir. Əgər şiəliyin mənası Əhli Beyti sevməkdirsə bütün sünnilər şiədir” – deyə İranın XİN rəhbəri Əli Əkbər Salehi vurğulayıb. /FaktXeber/


Story Code: 230381

News Link :
https://www.islamtimes.org/az/news/230381/əli-əkbər-salehi-bütün-iranlılar-sünnidir

Islam Times
  https://www.islamtimes.org