0
Saturday 12 January 2013 - 23:42

Hacı Mövsüm Səmədov “İlin mənəviyyat adamı” seçilib

Story Code : 230622
Hacı Mövsüm Səmədov “İlin mənəviyyat adamı” seçilib
Hacı Mövsüm Səmədov “İlin mənəviyyat adamı” seçilib
Bu barədə Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məlumat verib. Toplantıda bir sıra məsələlər müzakirə edilib. O cümlədən, Ziyalılar Birliyinin hər il seçdiyi “İlin mənəviyyat adamı”nın müəyyən edilməsi üçün komissiyanın hesabatı dinlənilib. Ziyalılar Birliyinin Ali Şurası yekdil qərarla Azərbaycan İslam Partiyasının sədri və lideri doktor Mövsüm Səmədovu ölkənin ictimai-siyasi həyatındakı layiqli mövqeyinə, milli-mənəvi və İslami dəyərlərin qorunaraq təbliğ edilməsində göstərdiyi əməli fəaliyyətinə görə “İlin mənəviyyat adamı” mükafatına layiq görüb. Ali Şura həmçinin hal-hazırda siyasi məhbus kimi zindan həyatı yaşayan Mövsüm Səmədovun sağlıq durumundakı yaranmış problemdən dərin narahatçılıq hiss keçirdiyini bildirir.
Source : Faktxeber
Comment