QR CodeQR Code

İsrail vətəndaşı Misir sərhədini keçərək siyasi sığınacaq istəyib

13 Jan 2013 17:24

IslamTimes - Bir İsrail vətəndaşı Misir səhədini keçərək, Misir hökumətindən siyasi sığınacaq istəyib


Qahirədə çıxan “əl-Əhram” qəzetinin yazdığına görə, sığınacaq istəyən israillinin üzərində onun şəxsiyyətini təsdiq edəcək heç bir sənəd olmayıb. Sözügedən şəxs İsrail-Misir sərhədini qanunsuz keçməkdə şübhəli bilinir və 4 gün həbsdə saxlanılıb.
Məlumatda saxlanılan şəxsin ərəbmənşəli İsrail vətəndaşı və Təl-Əviv şəhərinin sakini olduğu bildirilir. Özünün bildirdiyinə görə, İsrail rejimi onunla pis davranıb və o, özünü daha rahat hiss etdiyi Misirə qaçmalı olub.
Xatırladaq ki, iki həftə öncə 24 yaşlı İsrail vətəndaşı Andrey Pşeniçnikov da sənədsiz İsrail-Misir sərhədini keçərək, özünü Misir hökumətinə təhvil vermişdi. O isə özünü “fələstini dəstəkləyən aktivist” kimi təqdim etmişdi. /HaqqYolu/


Story Code: 230824

News Link :
https://www.islamtimes.org/az/news/230824/israil-vətəndaşı-misir-sərhədini-keçərək-siyasi-sığınacaq-istəyib

Islam Times
  https://www.islamtimes.org