QR CodeQR Code

"İqtidar xalqın gücünü gördü"

Azadlıq , 14 Jan 2013 06:52

IslamTimes - AXCP sədri Əli Kərimli Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən nümayişlə bağlı açıqlama yayıb.


AXCP sədri Facebook səhifəsində aksiyanın nəticələri ilə bağlı fikirlərini bölüşüb: “Gənclərimiz uğurlu aksiya keçirdilər. Əlbəttə ki, belə aksiyalar Ceyhunu və digər qurbanları geri qaytarmaz, amma etirazların müsbət nəticələri göz qabağındadır:

-İqtidar xalqdan qorxdu. Özünü bir az yığışdıracaq. Hərbi hissələrdə qayda-qanunu qismən də olsa artıracaqlar. Bundan sonra ola bilən cinayətləri də ört-basdır etməyə ehtiyatlanacaqlar;

-Təsdiqləndi ki, ölkəmizdə yeni etirazçı gənclik yetişir. Azərbaycan facebook dövrünə ciddi şəkildə qədəm qoydu. Bundan sonra heç nə keçmişdəki kimi olmayacaq;

-Məlum oldu ki, bütün fərqliliklərimizə baxmayaraq, milli mənafelər və milli ideya ətrafında birləşə bilirik. Önəmli də budur.

-Təsdiqləndi ki, rejim rəhbərləri göstəriş verməyəndə Azərbaycan polisi də (bəzi istisnalarla) özünü mədəni apara bilir.

-Sübut olundu ki, iqtidar özü təxribat törətməsə şəhərin mərkəzində də dinc etiraz aksiyaları keçirilə bilər

Gənclərimizə təşəkkür edirəm! Əminəm ki, bu gün keçirtdiyiniz aksiya hərbi xidmətdə olan bir çox gənci labüd ölümdən qurtaracaq. Həbs olunanlara azadlıq!”.


Story Code: 231010

News Link :
https://www.islamtimes.org/az/news/231010/iqtidar-xalqın-gücünü-gördü

Islam Times
  https://www.islamtimes.org