QR CodeQR Code

ABŞ Maliyyə Nazirliyi: İran həmişə sanksiyalardan çıxış yolu tapır

İslamtimes , 14 Jan 2013 08:13

Islamtimes - ABŞ Maliyyə Departamenti deyib ki, İran həmişə onun nüvə enerji proqramına qarşı tətbiq edilmiş sanksiyalardan çıxış yolu tapır.


islamtimes.org/az/ - Maliyyə Nazirliyinin xarici kapitalın idarəsi ofisinin direktoru Adam Szubin deyib ki, İran sanksiyaların zərbələri qarşısında tab gətirmək üçün üçüncü ölkələrdəki ilə ticarət kompaniyaları ilə əməkdaşlıq edir.

O deyib: “Bu artımla biz görürük ki, onlar artıq üçüncü ölkələrdə ticarət əlaqələri qurur və bu da bank vasitəsilə pul dövriyyəsinin artmasına səbəb olacaq.”

Suzbin bunun çox təhlükəli bir təhdid olduğunu deyib və bildirib ki, iki il əvvəl biz bu hallara çox az rast gəlirdik, çünki İran ticarət əlaqələri qurmaq üçün tərəfdaş banklar tapmaqda çətinlik çəkirdi.

2012-ci ilin əvvəllərində ABŞ və Avropa Birliyi İranın neft və maliyyə sektorlarına qarşı sanksiyalar tətbiq ediblər.

ABŞ tərəfindən hazırlanan sanksiyaların əsasında heç bir dəlilə söykənməyən İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün isitifadə etmək ittihamları durur.

İran isə öz növbəsində bütün iddiaları rədd edərək deyib ki, Nüvə Yayılmam Razılığını imazalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.


Story Code: 231013

News Link :
https://www.islamtimes.org/az/news/231013/abş-maliyyə-nazirliyi-iran-həmişə-sanksiyalardan-çıxış-yolu-tapır

Islam Times
  https://www.islamtimes.org