QR CodeQR Code

Olmert Netanyahunu tənqid edib

İslamtimes , 14 Jan 2013 08:39

İslamtimes - İsrailin sabiq baş naziri halhazırki baş nazir Benyamin Netanyahunu İrana qarşı səmərəsiz müharibə planlarına milyardlarla pulu boş yerə sərf etdiyi üçün tənqid edib.


islamtimes.org/az/ - Ehud Olmert İsrailin Kanal 2 televiziyasına müsahibəsində deyib: “Keçən iki il ərzində biz istifadə olunmayan və olunmayacaq planlara təhlükəsizlik qarabasmaları səbəbindən 11 milyarddan çox vəsait xərcləmişik.”

Olmert Netanyahunun İranın nüvə enerji proqramına qarşı olan müharibə təhdidlərinə toxunaraq deyib: “Onlar bir il ərzində bütün dünyanı qorxutdular və sonda da heç bir şey etmədilər.”

O deyib ki, rejimin hərbi büdcəsi əlavə və faydasız xərclər səbəbindən azaldılmalıdır.

İsrail dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadədə günahlandıraraq İslam Respublikasına qarşı hərbi hücum edəcəyini iddia edib.

İran isə öz növbəsində bütün iddiaları rədd edərək deyib ki, Nüvə Yayılmam Razılığını imazalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.


Story Code: 231019

News Link :
https://www.islamtimes.org/az/news/231019/olmert-netanyahunu-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org