0
Tuesday 15 January 2013 - 00:21

Əl Nusra terror cəbhəsinin arxasında Səudiyyə kəşfiyyatı dayanır

Story Code : 231335
Əl Nusra terror cəbhəsinin arxasında Səudiyyə kəşfiyyatı dayanır
Əl Nusra terror cəbhəsinin arxasında Səudiyyə kəşfiyyatı dayanır
Islam times.org/az/ - Parisdə dərc edilən “The İntelligence” qəzetinin bir sıra xarici kəşfiyyat orqanlarından əldə etdiyi məlumatlar istinad edərək deyib ki, şahzadə Bəndər bin Sultan bin Əbduləzizin rəhbərlik etdiyi Səudiyyə kəşfiyyat idarəsi İraqdakı silahlı qruplar ilə əlaqəsindən istifadə edərək əl Nusra cəbhəsinin yaradılmasına kömək edib.

Məlumatda daha sonra deyilir ki, Ali Kəşfiyyat Departamentindən alınan maliyyə yardımı və Livandakı Səudiyyə kəşfiyyatının dəstəyi ilə əl Nusra tez bir zamanda öz qüvvələrini silah-sursat ilə təmin edə bildi və nəticədə Suriya rejiminə qarşı ağır zərbələr vurmağa müvəffəq oldu.

Məlumatda həmçinin bildirilir ki, Səudiyyə kəşfiyyat idarəsindən sızan səndələrdə göstərilir ki, Səudiyyə daxili işlər nazirliyi Suriyalı üsyançıları dəstəkləməklə vəzifəli olan hərbi nümayəndəni silah-sursat və maliyyə yardımı ilə Suriyaya göndərib.
Source : İslamtimes
Comment