QR CodeQR Code

Rusiya: Əsədin getməsi qeyri mümkündür

İslamtimes , 15 Jan 2013 00:37

İslamtimes -Rusiya xarici işlər naziri Serqey Lavrov deyib ki, Suriya prezidenti Bəşər Əsədin vəzifədən getməsi beynəlxalq razılaşmaların tərkib hissəsi deyil və bunun həyata keçirilməsi qeyri mümkündür.


islamtimes.org/az/ - Bazar günü Lavrov deyib: “Bu məsələ 2012-ci ilin iyun ayında dünya dövlətləri tərəfindən imzalanan Cenevrə Deklorasiyasında göstərilməyib və bunun həyata keçirilməsi qeyri mümkündür, çünki bu heç bir kəsdən asılı deyil.”

Rusiya xarici işlər naziri həmçinin 2013-cü il 6 yanvarda Bəşrə Əsədin Suriyadakı münaqişəni həll etmək üçün təklif etdiyi plana toxunaraq deyib ki, Əsəd tərəfindən təklif edilmiş sülh planına bəziləri ciddi yanaşmaya bilər, ancaq bunlar ölkədə münaqişəyə son qoymaq üçün real təkliflərdir.

Lavrov əlavə edərək deyib: “Əgər mən müxalifətin yerində olsaydım, mən dialoqun qurulması üçün öz şərtlərimi təqdim edərdim.”

Şənbə günü Rusiya bir daha Suriyadakı siyasi keçidə dəstək verdiyini demiş və bildirmişdir ki, Suriya xalqı heç bir xarici müdaxilə olmadan özü öz gələcək taleyini həll etməlidir.

Şənbə günü Rusiya xarici işlər naziriliyi bəyanatda deyib: “Bizim nəzərimiz budur ki, ən ümdə məsələ zorakılığa və qan tökməyə son qoymaq və qaçqınlara və ev-eşiklərindən məhrum olan insanlara humanitar yardımın göstərməkdir.”


Story Code: 231343

News Link :
https://www.islamtimes.org/az/news/231343/rusiya-əsədin-getməsi-qeyri-mümkündür

Islam Times
  https://www.islamtimes.org