0
Tuesday 15 January 2013 - 00:37

Rusiya: Əsədin getməsi qeyri mümkündür

Story Code : 231343
Rusiya: Əsədin getməsi qeyri mümkündür
Rusiya: Əsədin getməsi qeyri mümkündür
Islam times.org/az/ - Bazar günü Lavrov deyib: “Bu məsələ 2012-ci ilin iyun ayında dünya dövlətləri tərəfindən imzalanan Cenevrə Deklorasiyasında göstərilməyib və bunun həyata keçirilməsi qeyri mümkündür, çünki bu heç bir kəsdən asılı deyil.”

Rusiya xarici işlər naziri həmçinin 2013-cü il 6 yanvarda Bəşrə Əsədin Suriyadakı münaqişəni həll etmək üçün təklif etdiyi plana toxunaraq deyib ki, Əsəd tərəfindən təklif edilmiş sülh planına bəziləri ciddi yanaşmaya bilər, ancaq bunlar ölkədə münaqişəyə son qoymaq üçün real təkliflərdir.

Lavrov əlavə edərək deyib: “Əgər mən müxalifətin yerində olsaydım, mən dialoqun qurulması üçün öz şərtlərimi təqdim edərdim.”

Şənbə günü Rusiya bir daha Suriyadakı siyasi keçidə dəstək verdiyini demiş və bildirmişdir ki, Suriya xalqı heç bir xarici müdaxilə olmadan özü öz gələcək taleyini həll etməlidir.

Şənbə günü Rusiya xarici işlər naziriliyi bəyanatda deyib: “Bizim nəzərimiz budur ki, ən ümdə məsələ zorakılığa və qan tökməyə son qoymaq və qaçqınlara və ev-eşiklərindən məhrum olan insanlara humanitar yardımın göstərməkdir.”
Source : İslamtimes
Comment