0
Tuesday 15 January 2013 - 10:20

Dəyənəklə qələm arasında vasitəçi

Story Code : 231394
Dəyənəklə qələm arasında vasitəçi
E. Hüseynov deyib ki, əynində jurnalist gödəkcəsi olmasına baxmayaraq, aksiya zamanı polis tərəfindən təzyiqə məruz qalıb: “Polis məni itələyərək yıxıb. Hadisə nəticəsində yüngül kəllə-beyin travması almışam. Jurnalistə peşə fəaliyyətini yerinə yetirərkən zor tətbiq olunub”.
E. Hüseynov qeyd edib ki, hadisə ilə əlaqədar ölçü götürülməsi və məhkəmə-tibbi ekspertizanın təyin edilməsi üçün Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğuna şikayət ərizəsi göndərəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə APA-nın sorğusuna cavabında aksiya zamanı jurnalistlərə qarşı polis tərəfindən hər hansı təzyiq faktının qeydə alınmadığını söyləyib: “Aksiyada ictimai asayişi mühafizə funksiyalarını yerinə yetirən polis əməkdaşları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. İstisnasız olaraq bütün KİV-lər və hətta radikal mövqedə olan bəzi mətbu orqanlar da bu faktı təsdiqlədilər. Baxmayaraq ki, bəzi aksiya iştirakçıları polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərirdilər. Lakin polis bu təxribata qarşı səbr və dözüm nümayiş etdirdi. RATİ sədri polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərildiyini iddia edirsə, məsələnin araşdırılması üçün müvafiq orqanlara müraciət edə bilər. Bizə belə bir fakt məlum deyil”.
Mətbuat Şurasının icraçı katibi, Monitorinq Qrupunun rəhbəri Rəhim Hüseynzadə isə APA-ya bildirib ki, qrup digər aksiyalar kimi, bu aksiya zamanı da monitorinq keçirib və heç bir jurnalist təzyiq faktı ilə bağlı qrup üzvlərinə müraciət etməyib. Onun sözlərinə görə, MQ tərəfindən aksiya zamanı jurnalistlərin polis tərəfindən təzyiqə məruz qalması faktı müşahidə olunmayıb: “Əgər Emin Hüseynlinin polis təzyiqinə məruz qalması ilə bağlı hər hansı şikayəti varsa, Mətbuat Şurasına müraciət edə bilər. Biz onun məsələsini hüquq-mühafizə orqanları qarşısında qaldıra bilərik”. /HaqqYolu/
Comment