0
Wednesday 16 January 2013 - 10:31

İsrail əsgərləri məktəblini öldürdü

Story Code : 231746
İsrail əsgərləri məktəblini öldürdü
İsrail əsgərləri İordan çayının Qərb sahilində yerləşən Budrus məntəqəsində 17 yaşlı fələstinlini qətlə yetirib. Məktəbdən qayıdarkən israilli əsgərlərin hücumuna məruz qalan Səmir Əvvad adlı fələstinli aldığı 4 güllə yarasından dünyasını dəyişib.

Qeyd edək ki, hadisə baş verən zamanı öldürülən fələstinlinin yanında olan İbrahim Əhməd adlı məktəbli isə İsrail əsgərlərinin xəbərdarlıq etmədən onları atəşə tutduğunu bildirib. /Faktxeber/
Comment