0
Thursday 17 January 2013 - 10:23

İranla AEBA arasında müzakirələr bu gün də davam edəcək

Story Code : 231985
İranla AEBA arasında müzakirələr bu gün də davam edəcək
APA-nın məlumatına görə, İranın nüvə proqramının müzakirə olunduğu görüşdə AEBA nümayəndə heyəti agentliyin icraçı direktorunun müavini Herman Nakertsin, qarşı tərəfi isə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyənin rəhbərliyi ilə iştirak edib. Qapalı qapılar arxasında keçirilən müzakirələrin təfərrüatıyla bağlı mətbuata açıqlama verilməyib. Yalnız danışıqların yanvarın 17-də də davam etdiriləcəyi bildirilib. Bu məlumat AEBA-nın mətbuat katibi Gill Tudor tərəfindən də təsdiq edilib.
Comment