QR CodeQR Code

Rusiyalı general Türkiyəyə xəbərdarlıq etdi

17 Jan 2013 16:08

IslamTimes - Baş Qərargah rəisi Valeri Gerasimov: "Bölgəyə gətiriləcək hərbi personala qarşı təxribat təhlükəsi var"


Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyənin Suriya ilə sərhəddə yerləşdiriləcək "Patriot" Raket Əleyhinə Müdafiə sistemi ilə əlaqədar prosesləri yaxından izlədiyini söyləyib. Gərginliyin artdığı bölgəyə silah daşınmasının əlavə problemlər yaradacağını söyləyən general-polkovnik Gerasimov, əraziyə gətiriləcək hərbi personala qarşı təxribat təhlükəsinin olduğunu bildirib.

Qeyd edək ki, Baş Qərargah rəisi Valeri Gerasimov həmçinin vurğulayıb ki, "Patriot" RƏM sistemi Suriyada uçuşların qadağan edilməsinə səbəb olmayacaq. /FaktXeber/


Story Code: 232072

News Link :
https://www.islamtimes.org/az/news/232072/rusiyalı-general-türkiyəyə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org