0
Thursday 17 January 2013 - 16:08

Rusiyalı general Türkiyəyə xəbərdarlıq etdi

Story Code : 232072
Rusiyalı general Türkiyəyə xəbərdarlıq etdi
Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyənin Suriya ilə sərhəddə yerləşdiriləcək "Patriot" Raket Əleyhinə Müdafiə sistemi ilə əlaqədar prosesləri yaxından izlədiyini söyləyib. Gərginliyin artdığı bölgəyə silah daşınmasının əlavə problemlər yaradacağını söyləyən general-polkovnik Gerasimov, əraziyə gətiriləcək hərbi personala qarşı təxribat təhlükəsinin olduğunu bildirib.

Qeyd edək ki, Baş Qərargah rəisi Valeri Gerasimov həmçinin vurğulayıb ki, "Patriot" RƏM sistemi Suriyada uçuşların qadağan edilməsinə səbəb olmayacaq. /FaktXeber/
Comment