0
Thursday 17 January 2013 - 16:30

Səudiyyənin İslam alimləri krala qarşı etiraz edir

Story Code : 232075
Səudiyyənin İslam alimləri krala qarşı etiraz edir
“Əl-Qasim” əyalətinin alimləri hakimiyyətdən siyasi məhbusların dərhal azad edilməsini tələb edir.

Alimlər kral rejimindən ədalətli davranmağı və siyasi fikirlərinə, habelə nümayişlərdə iştirakına görə həbs edilənlərin dərhal azadlığa buraxılmalarını istəyib.

Eyni zamanda qeyd olunub ki, səudiyyə həbsxanalarında illərdir məhkəmələrini gözləyən onlarla məhbus var. Onlar kral rejiminə qarşı çıxdığına görə heç bir məhkəmə qərarı olmadan həbs ediliblər. /Deyerler/
Comment