QR CodeQR Code

Gürcüstan prezidenti Türkiyə ilə münasibətlərin gərginləşdiyini bəyan edib

18 Jan 2013 09:09

IslamTimes - “Təəssüf ki, Türkiyə ilə münasibətlər çox ciddi şəkildə gərginləşib”.


APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün keçirilmiş brifinqdə bəyan edib.


Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan birgə Bakı-Tiflis-Qars dəmiryolu layihəsini həyata keçirir. Bu dəmiryolu magistralı yaxın gələcəkdə istifadəyə verilməlidir. “Gürcü arzusu” koalisiyası hakimiyyətə gəldikdən sonra bu layihənin Gürcüstana fayda gətirməyəcəyi barədə fikirlər səsləndirməyə başlayıb, lakin sonradan layihənin gerçəkləşməsinə heç bir təhlükə olmadığını bəyan edib.

“Bilirsiniz ki, hal-hazırda Türkiyə ilə münasibətlər çox ciddi şəkildə gərginləşib. Bu çox şeydə özünü biruzə verir, Türkiyə artıq bir çox sərmayə qoyuluşlarını dayandırıb. Türkiyə Gürcüstanın NATO-ya inteqrasiya məsələsində əsas tərəfdaş qismində çıxış edir. Türkiyə ilə münasibətlərdə problemlər yarandıqda Gürcüstan NATO-ya daxil olmaq tarixi şansını itirir. Bundan başqa Azərbaycan da Gürcüstanın strateji müttəfiqidir. Bu səbəbdən bütün qonşularla ciddi məsləhətləşmələr aparmadan müəyyən məsələləri tələsik şəkildə irəli sürülməsi yolverilməzdir. İnanıram ki, bu düşünülməmiş bəyanat olub, əks halda biz çox ciddi hadisə ilə üzləşmişik”, deyə ölkə başçısı qeyd edib.


Story Code: 232276

News Link :
https://www.islamtimes.org/az/news/232276/gürcüstan-prezidenti-türkiyə-ilə-münasibətlərin-gərginləşdiyini-bəyan-edib

Islam Times
  https://www.islamtimes.org