0
Friday 18 January 2013 - 15:10

Devid Kemeron Avropa Birliyini dağıdır

Story Code : 232355
Devid Kemeron Avropa Birliyini dağıdır
Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkəsinin Avropa Birliyindən çıxa biləcəyini deyib. Avropa Birliyi Lissabon müqaviləsinə bir daha nəzərdən keçirməsə və Londona idarəetmə səlahiyyətlərinin bir hissəsini geri qaytarmasa Böyük Britaniya bu fikirlərini reallaşdıracaq.

Ölkənin hökumət başçısının bu bəyanatını nazirliyin mətbuat xidməti bu gün açıqlayıb. Onun fikirncə, Avropa İttifaqı ölkələri ilə münasibətlərin formatının dəyişdirilməsi ölkədə maliyyə böhranı və aşağırəqabət qabiliyyətinin qarşısını alar. Bundan başqa, Federativ Avropanın yaradılması üçün ictiami dəstəyi daha da artıracaq. Əgər Avropa Birliyi Londonun bu arzularına reallaşdırmaq istəməsə, Kemeron ölkəsinin qurumu tərk edəcəyi ilə hədələyib.

B. Britaniya hökuməti Avropa Birliyi ilə bağlı bir müddət öncə çıxış etməyi düşünürdü. Lakin Əlcəzairdə iki Britaniya vətəndaşının girov götürülməsi bu məsələnin təxirə salınmasına gətirib çıxarıb. /anspress/
Comment