QR CodeQR Code

İranlı alimlər yeni pilotsuz təyyarə düzəltməyə müvəffəq olublar

İslamtimes , 18 Jan 2013 19:32

Islamtimes - İranlı tədqiqatçılar bir çox mülki işlərdə istifadə olunmaq üçün nəzərdə tutulan yeni yerli pilotsuz təyyarə istehsal etməyə müvəffəq olublar.


islamtimes.org/az/ - Layihənin rəhbəri olan Mustafa Şocayi deyib ki, təyyarə İranlı tədqiqatçılar tərəfindən İslami Azad Universitetində düzəldilmiş və pilotsuz təyyarəyə quraşdırılmış kompyuter vasitəsilə təmamilə idarə olunur və bunun idarəçiliyi yerdə olan pilotun məsafədən idarə etməsi ilə deyil.

O əlavə edərək deyib ki, pilotsuz təyarə şəkil çəkmək və onu mərkəzə ötürmək qabiliyyətlərinə malikdir.

Təyyarə həmçinin geofiziki əməliyyatlarda, o cümlədən hava məlumatının öyrənilməsində və müxtəlif ərazilərin topoqrafik xəritələrinin yaradılmasında istifadə edə bilər.

O sonda qeyd edərək bildirib ki, radardan yayınmaq qabiliyyətinə malik olan bu təyyarə hərəkət etmədən göydə qala bilir və çəkisi 5.4 kiloqramdır.

Piltosuz təyyarə yerdən min metr hündürlüyə qalxmaq və saatda 80 km getmək bacarığına malikdir.


Story Code: 232394

News Link :
https://www.islamtimes.org/az/news/232394/iranlı-alimlər-yeni-pilotsuz-təyyarə-düzəltməyə-müvəffəq-olublar

Islam Times
  https://www.islamtimes.org