0
Friday 18 January 2013 - 19:42

Rusiya ABŞ-ı yalan danışmaqda ittiham edib

Story Code : 232395
Rusiya ABŞ-ı yalan danışmaqda ittiham edib
Rusiya ABŞ-ı yalan danışmaqda ittiham edib
Islam times.org/az/ - Rusiya xarici işlər naziri Serqey Lavrov cümə axşamı günü deyib: “Dünən mən CNN telekanalında guya bu terror hücumlarının arxasında Suriya hökumət qüvvəllərinin durduğunu göstərən reportaj gördüm.”

O Tacikistanın paytaxtı Düşənbəyə səfəri zamanı deyib: “Mən bunu yalandan başqa bir şey kimi təsəvvür edə bilmirəm.”

15 yanvarda Suriyanın ikinci böyük şəhəri olan Hələbdə Universitetdə baş verən iki partlayış nəticəsində 80 nəfər həlak olmuş və xeyli insan da yaralanmışdır.

Rusiya xarici işlər naziri çərşənbə günü bəyanata yayaraq terroristləri “rəhimsiz şəkildə qan tökməkdə” ittiham etmişdir.
Bəyanatda bildirilir ki, partlayışlar terroristlərin Suriya hökumət qüvvəlləri tərəfindən ağır zərbəyə məruz qalmasının qisası idi.

Buna baxmayaraq Vaşinqton Dəməşqi Hələbdəkı ölümcül hücumda ittiham edib.

Suriyada iki il əvvəl başlayan münaqişə nəticəsində təhlükəsizlik və ordu qüvvəlləri də daxil olmaqla xeyli dinc insan həlak olub.

Rusiya xarici işlər nazirliyi həmçinin bildirib ki, onlar bundan sonra Suriyadakı zorakılığın qarşısını almaq üçün daha çox işlər görəcəklər.
Source : İslamtimes
Comment