0
Friday 18 January 2013 - 21:00

Siaysi analitik: Pakistandakı anti-şiə zorakılığının arxasında ABŞ durur

Story Code : 232404
Siaysi analitik: Pakistandakı anti-şiə zorakılığının arxasında ABŞ durur
Siaysi analitik: Pakistandakı anti-şiə zorakılığının arxasında ABŞ durur
Islam times.org/az/ - Siyasi analitik deyib ki, Pakistanda şiə müsəlmanlara qarşı davam edən zorakılığın arxasında ABŞ durur.

Press TV-yə müsahibə verən Yuram Abdullah Veyler deyib: “Pakistanda şiələrə qarşı olan zorakılıq ABŞ-ın Yaxın Şərqdə məzhəb arası münaqiş salaraq regionu münaqişədə saxlamaq üçün etdiyi planların bir hissəsidir.”


O ABŞ-ın Pakistanda rolunun başa çatmaq üzrə olduğunu deyib və bildirib ki, bu yolla ABŞ regionda öz hegamonluğunu davam etdirmək və insanların bir araya gələrək onun hegamonluğuna qarşı təhlükə yaratmasının qarşısını almaq istəyir.

Sonuncu anti-şiə zorakılığı nəticəsində şiələrin çox yaşadığı ərazidə baş verən iki bomba partlayışı nəticəsində yüzdən çox insan həlak olmuş və xeyli insan da yaralanmışdır. Hücuma görə məsuliyyəti Laşkari Canqvi terror qruplaşması öz üzərinə götürüb.

2012-ci ilin başlanğıcından etibarən ölkədə yüzlərlə şiə qətlə yetirilib.

Veyler deyib ki, ABŞ Səudiyyə Ərəbistanı ilə birlikdə Yaxın Şəqrdə şiə müqavimtə hərəkatının qarşısını almaq üçün əllərindən gələn təxribatları həyata keçirirlər.

O sonda deyib: “ABŞ-ın razılığı ilə Səudiyyə ordu qüvvəllərinin Bəhreyndə, Yəməndə və Səudiyyə Ərəbistanın öz daxilində olan etirazçılara qarşı zorakılıq nümayiş etdirməsi bunun tərkib hissəsidir. Səudiyyə Ərəbistanın bu məsələdə rol almasının bir səbəbi də var: vəhhabilərin şiələrə nifrət etməsi.”
Source : İslamtimes
Comment