0
Saturday 19 January 2013 - 10:20

Əlcəzairdə 4 xarici ölkə vətəndaşı olan girov qətlə yetirilib

Story Code : 232556
Əlcəzairdə 4 xarici ölkə vətəndaşı olan girov qətlə yetirilib
Əlcəzair ordusunun İllizi əyalətində silahlılar tərəfindən girov götürülmüş şəxslərin azad edilməsi istiqamətində əməliyyatı davam edir.

APA-nın “Xinhua” agentliyinə istinadən verdiyi xəbərə görə xilasetmə əməliyyatının ikinci günündə bir ABŞ vətəndaşı da daxil olmaqla 4 girov qətlə yetirilib.

Əlcəzair daxili işlər nazirinin sözlərinə görə keçirilmiş əməliyyat nəticəsində hazırda təxminən 650 nəfər azad edilib, onlardan 80 nəfəri xarici, qalanı isə Əlcəzair vətəndaşıdır.

Hazırda qaz istehsalat kompleksinin ətrafında qalın tüstü və duman qatı müşahidə edilir.

Xatırladaq ki, bundan əvvəl rəsmi məlumatlara görə 12 girov əməliyyat zamanı qətlə yetirilmişdi. Onlar arasında həm yerli həm də xarici vətəndaşlar var. Təhlükəsizlik qüvvələri isə 18 silahlını zərərsizləşdirə bilib. Ölkənin daxili işlər nazirliyi, silahlıların təxminən 20 nəfər olduğunu bəyan edib.
Comment