0
Sunday 20 January 2013 - 00:08

Fransız jurnalist Suriyada qətlə yetirilib

Story Code : 232790
Fransız jurnalist Suriyada qətlə yetirilib
Fransız jurnalist Suriyada qətlə yetirilib
Röytersin verdiyi məlumata əsasən Türk rəsmiləri deyiblər ki, cümə günü Belçikada anadan olmuş Debay başından və sinəsindən vurulduqdan sonra Türkiyəyə aparılmış və həkimlər onun artıq öldüyünü açıqlamışdılar.

Debayın cəsədi və onun jurnalist vəsiqəsi internet vasitəsilə yayımlanıb.

59 yaşlı Debay özünün yaratdığı və əsasən müdafiə məsələlərində ixtisaslaşan Assaut jurnalı üçün məlumatlar hazırlayırdı.

Fransa prezidenti Francios Hollande bəyanatda deyib: “Fransa bu çirkin əməli qınayır və Yves Debayın ailəsinə və dostlarına dərin hüzn və başsağlığı verir.”

Sərhədsiz Repartyorlar təşkilatı deyib ki, Suriyada münaqişə başlayandan etibarən həm xaricdən və həm də Suriyadan olan ən azı 20 peşəkar jurnalist həlak olub.

2012-ci ilin oktyabr ayında Press TV-nin Suriya üzrə nümayəndəsi Maya Nasir də həmçinin snayper vasitəsilə vurularaq qətlə yetirilmişdir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Münaqişə nəticəsində ordu və təhlükəsizlik qüvvəlləri də daxil olmaqla xeyli sayda dinc vətəndaşlar da həlak olub.
Source : İslamtimes
Comment