0
Sunday 20 January 2013 - 00:19

Hizbullah: Təkfirçilərin cinayətləri Suriya və İraqda özünün son həddinə çatıb

Story Code : 232793
Hizbullah: Təkfirçilərin cinayətləri Suriya və İraqda özünün son həddinə çatıb
Hizbullah: Təkfirçilərin cinayətləri Suriya və İraqda özünün son həddinə çatıb
Hizbullahın mətbuat xidməti tərəfindən dərc edilmiş bəyanatda deyilir ki, günahsız insanları və dinc vətəndaşları hədəfə alan təkfirçilərin terror hücumları regionda özünün son həddinə çatıb.

Bu əmələ qarşı olaraq Hizbullah regiondakı fəal gücləri məqsədləri regionu xaos sürükləmək olan Sionist-Amerika layihəsinə qarşı müqavimət aparmağa səsləyib.

Bəyanatda vurğulanaraq bildirilir ki, düşmənlər təkfirçi terroristlərdən istifadə edərək bir ölkənin əhalisi arasında çaxnaşma və ixtilaf yaratmaq istəyir.

“Zəvvar, tələbə və uşaqlar da daxil olmaqla günahsız insanların bir-birindən ayrılmış bədən üzvləri region xalqına qarşı olan yerli və xarici təxribatçıların həqiqi simasını göz önünə qoymuş olur. Onlar həmçinin bu əməlləri ilə göstərirlər ki, onların məqsədi təkcə ölkənin infrastrukturunu dağıtmaq deyil, həm də ölkənin gələcəyi olan gəncləri də məhv etməklə ölkənin gələcəyini dağıtmaq istəyir.”

“Suriyanın Hələb və İdlib şəhərlərində yüzlərlə tələbə və dinc vətəndaşların qətlinə səbəb olan terror hücumları həmçinin Suriyadakı üsyançıların iç üzlərini açmış oldu.”

Hizbullah üsyançılar ilə yanaşı bu cinayətlərdə əlləri olan bəzi dövlətləri tənqid etmiş və bildirmişdir ki, bu dövlətlər cinayətkarları müxtəlif hərbi və maliyyə yardımı ilə dəstəkləyirlər.
Source : İslamtimes
Comment