0
Sunday 20 January 2013 - 08:12

Ruhanilər 20 Yanvar günü ilə bağlı bəyanat yaydı

Story Code : 232851
Ruhanilər 20 Yanvar günü ilə bağlı bəyanat yaydı
Ruhanilər 20 Yanvar günü ilə bağlı bəyanat yaydı
Azadxeber.org internet qəzetinin verdiyi xəbərə görə, “20 Yanvar Ümummilli Matəm günü” ilə əlaqədar ruhanilər bəyanat yayıb. Bəyanatda deyilir:
“Qarşıdan xalqımızın ən şərəfli, ən qürurlu, həmçinin tariximizin ən acı, ən faciəvi günlərindən biri, bəlkə də birincisi olan “20 Yanvar” ümummilli matəm günü gəlir.
Milli-azadlıq mübarizəsinə qalxan xalqımız Sovet İmperiyasının amansız hərb maşınının təcavüzünə məruz qaldı. Laxlamaqda olan imperiyanı qoruyub saxlamağa çalışan Moskva, Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmağa çalışmaqla digər xalqlara da gözdağı vermək niyyətində idi. Sovet qoşunlarının vəhşiliyi nəticəsində 131 nəfər şəhid olmuş, 600-dən artıq insan isə ağır dərəcəli xəsarət almışdır. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, bu vəhşilik Sovet İmperiyasının dağılması prosesini daha da sürətləndirdi. 20 yanvar Bakı qırğını isə tarixdə Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin qəhrəmanlıq simvoluna çevrildi. Biz bu müqəddəs gündə 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, yaxınlarına və bütün xalqımıza başsağlığı veririk!
Ümummilli matəm günü ilə əlaqədar Azərbaycan ruhaniləri xalqımızı şəhidləri anmaq üçün “Şəhidlər Xiyabanı”nı yürüş etməyə dəvət edir. Yürüş sabah saat 15:00-da keçmiş Əzizbəyov heykəlindən start verəcək. Yürüş zamanı hər hansı şüarı səsləndirmək, plakatlar gətirmək yolverilməzdir. Yürüşün məqsədi yalnız “Şəhidlər Xiyabanı”nı ziyarət etməkdir.”
Bəyanat ilahiyyatçılar Zülfüqar Mikayılzadə, Tale Bağırov, Mircəfər Əyyubzadə, Emil Kazımov, Elman Ağayev, İlqar Əliyev, Əhliman Rüstəmov, Sadiq Əsgərov tərəfindən imzalanıb.
Source : Azadxeber.org
Comment