0
Sunday 20 January 2013 - 08:36

İran zənginləşdirməni dayandırmayacaq

Story Code : 232855
İran zənginləşdirməni dayandırmayacaq
İran zənginləşdirməni dayandırmayacaq
İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Əli Əsğər Soltaniyyə İranın AEBA nümayəndələri ilə Tehrandakı iki günlük müzakirələri barəsində deyib: Agentliklə müzakirələr mövqelərin yaxınlaşdırılması və bəzi ixtilafların aradan qaldırılması istiqamətində uğurlu oldu.

İranın AEBA-dakı nümayəndəsi əlavə edib: İxtilafların həlli barəsində agentliklə müzakirələr davam edəcək və iki tərəf gələn ay növbəti müzakirələr üçün razılıq əldə edib.

Agentliyin nümayəndə heyətinin Parçin obyektinə baxış keçirməsi məsələsinin iş layihəsi barəsində razılıqdan sonra araşdırılacağını bəyan edən Soltaniyyə Tehran müzakirələrinin heç bir nəticəsinin olmaması ilə əlaqədar qərblilərin iddiasını yanlış adlandırıb.

İranın AEBA-dakı daimi nümayəndəsi əl-Aləmlə müsahibədə əlavə edib: Agentliklə müzakirə irəliyə doğru idi və Tehran naməlum məsələlərin aradan qaldırılması üçün tam hazırlığa malikdir.

İran və AEBA-nın yeni müzakirələri çərşənbə və cümə axşamı günləri 16 və 17 yanvarda Tehranda Atom Enerjisi Təşkilatında keçirildi və iki tərəf müzakirələrin sonunda razılığa gəldi ki, 12 fevral 2013-də Tehranda yenidən görüşərək danışıqları davam etdirsinlər.
Source : İrib
Comment