0
Monday 21 January 2013 - 00:18

Sabah Masallı dindarlarının məhkəmə iclası keçirələcək

Story Code : 233082
Sabah Masallı dindarlarının məhkəmə iclası keçirələcək
Sabah Masallı dindarlarının məhkəmə iclası keçirələcək
Xeber44.com-a verilən məlumata görə məhkəmə sabah Lənkəran Ağır Cinayətlər Məhkəməsində saat 11:00-da keçiriləcək.

Sabah Masallıda müxtəlif ittihamlarla həbs olunan 8 dindarın məhkəməsidir.

Sentyabr ayında Masallı rayonunda 9 dindara qarşı əsassız yerə şərlənərək kütləvi həbslər oldu.Həbs olunan dindarlara qarşı müxtəlif cinayət maddələri açıldı.

Yalnız onlardan biri, İlahiyyatçı Abuzər Axundovun məhkəməsi Masallı rayonunda keçirilir. Digər 8 nəfərin məhkəməsi isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində yanvar ayının 21-i saat 11:00-da keçiriləcək.

Barələrində müxtəlif cinayət maddələri açılmış 8 nəfər bunlardır: “Xeber44″ İnternet qəzetinin baş redaktoru Araz Quliyev, Ziya Tahirov, Xalid Kazımov, Surac Ağayev, Rza Ağalı, Vüsal Quliyev, Namiq kişiyev, Nicat Əliyev.

Qeyd edək ki,həbs olunan dindarların Yanvar ayının 14-də keçirilən məhkəmə hazırlıq iclasında hakim jurnalist Araz Quliyevin, Nicat Əliyevin, Ziya Tahirov, Rza Ağalı, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev və Namiq Kişiyevin cinayət işi ilə tanış olub.
Source : Xeber44
Comment