0
Monday 21 January 2013 - 10:23

Əsgər ölümünə Türkiyədə də etiraz etdilər

Story Code : 233114
Əsgər ölümünə Türkiyədə də etiraz etdilər
Taksim meydanında keçirilən aksiyanın təşkilatçıları tələbə-gənclər olub. Aksiyaçılar əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. Daha sonra Azərbaycanda əsgərlərin qeyri-döyüş şəraitində ölməsindən narahat olduqlarını bildiriblər. Onlar “Əsgər ölümlərinə son!” şüarları səsləndirib, bu məzmunda plakatlar və Azərbaycan bayraqlarını qaldırıblar.

Aksiyanın sonunda iştirakçıların İlham Əliyevə ünvanladıqları müraciət oxunub. /Azadlıq.info/
Comment