0
Monday 21 January 2013 - 11:21

Orduda daha bir "dedovşina" rəzaləti (foto)

Story Code : 233119
Orduda daha bir "dedovşina" rəzaləti (foto)
“Qafqazinfo”nun məlumatına görə, Facebook sosial şəbəkəsində paylaşılan bu foto geniş müzakirəyə və etiraza səbəb olub. Fotodan göründüyü kimi Azərbaycan Ordusunun zabiti əsgərləri alçaldaraq bellərində diş pastası ilə “Gəncə” sözünü yazdırıb.

Amma ən biabırçı fakt isə son günlər ordu ətrafında baş verən söz-söhbətlərə baxmayaraq Azərbaycan əsgərinin əmanət olunduğu zabit bunu fəxrlə öz Facebook hesabında paylaşmasıdır. O bununla demək istəyir ki, mən 5 əsgəri alçaltdım. Və o, bunu vəzifəsindən sui istifadə etməklə həyata keçirib. Artıq o zabitin adı da açıqlanıb - Ülvi Namazlı.

Qeyd edək ki, bu foto ictimailəşəndən sonra həmin şəxs Facebook-dakı hesabını bağlayıb. Bu səbəbdən biz həmin şəxsin əsgər və ya həqiqətən də zabit olduğunu dəqiqləşdirə bilmədik. Ən əsası isə bunu nə səbəbə etdiyini öyrənə bilmədik.
Comment