0
Tuesday 22 January 2013 - 12:59

Bazar, yoxsa azar?!

Story Code : 233478
Bazar, yoxsa azar?!
"Binə" ticarət mərkəzində yanvarın 19-da keçirilən etiraz aksiyası ilə əlaqədar bu gün daha bir neçə nəfərin həbs edildiyi haqda xəbər almışıq. "Azadlıq"a verilən məlumatda deyilir ki, yanvarın 21-də hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzində olub, reyd apararaq bir neçə ticarətçini nümayişkaranə şəkildə saxlayaraq aparıblar.
Məlumatda o da deyilir ki, ticarətçilərin etirazına səbəb olan əlavə ödəniş tələbi qüvvəsində qalır. Ticarət mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın adından ticarətçilərə bildirilib ki, tələb olunana məbləğ yanvarın 25-nə qədər ödənilməlidir. /HaqqYolu/
Comment