QR CodeQR Code

Türklər NATO raketlərinə qarşı etiraz nümayişləri keçiriblər

İslamtimes , 22 Jan 2013 14:55

İslamtimes - Türkiyədə xeyli insan küçələrə axışaraq Suriya sərhəddi yaxınlığında NATO Patriot roket sistemlərinin quraşdırılmasına qarşı öz etirazlarını bildiriblər.


Etiraz nümayişi bazar günü Antakyanın cənubi-şərqində keçirildi.

Nümayiş 240 alman əsgərinin Türkiyəyə gələrək roketlərin qurulacağı yerləri təyin etmələrinə etiraz olaraq təşkil edilmişdir.

Raketlərin Qaziəntəpə, Qəhramanmaraş və Adana şəhərlərində yerləşdiriləcəyi nəzərdə tutlur.

Etirazçılar xarici qüvvəllərin onların ərzilərində olmalarına qarşı şüarlar səsləndirmiş və ABŞ, Almaniya və Niderlanda qarşı öz etirazlarını bildirmişdilər.

ABŞ və Almaniya Türkiyəni iki Patriot batareyalar və 400 ordu qüvvəsi, Niderland da həmçinin digər iki batareyanı və 360 ordu qüvvəsi ilə təmin edəcək.

Adının açıqlanmadığı NATO rəsmisinin bildirdiyinə əsasən hər Patriot batareyasının orta hesabla 12 raket buraxılış qurğusu var.

ABŞ Avropa Komanda birliklərinin komandir müavini hərbi dəniz admiralı Çarles Martoqlio deyib ki, Türkiyədə quraşdırılan Patriot roket sistemlərinin Suriyadakı müanqişə ilə bağlı heç bir əlaqəsi yoxdur.

Patriot raket sistemləri təxminən Suriya sərhəddindən 120 km aralı məsafədə yerləşdiriləcək.

Dəməşq Patriot raket sistemlərinin Suriya ilə sərhədd yaxınlığında yerləşdirməsini planlaşdırdığı üçün Ankaranı tənqid etmiş və bu hərəkəti Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriyay qarşı növbəti təxribatı kimi dəyərləndirmişdir.


Story Code: 233531

News Link :
https://www.islamtimes.org/az/news/233531/türklər-nato-raketlərinə-qarşı-etiraz-nümayişləri-keçiriblər

Islam Times
  https://www.islamtimes.org