QR CodeQR Code

Misir parlamentinin spikeri:

İran bütün regional inqilabların ilham mənbəyidir

İslamtimes , 23 Jan 2013 01:15

İslamtimes - Misir parlamentinin spikeri Muhəmməd Saad Əl Katatni 1979-cu il İran İslam İniqlabının regionda baş verən bütün inqilabların ilham mənbəyi olduğunu bildirimiş və Tehranın nüvə enerji proqramını müdafiə etmişdir.


islamtimes.org/az/ - Sudanın paytaxtı Xartumda İslami Parlamentlərarası Birliyin səkkizinci Baş Assambleyasında İran Məclisinin spikeri ilə görüşən Əl-Katatni həmçinin qlobal güclərin İranın daxili işlərinə qarışmasına Misir xalqının müxalif olduğunu bildirmiş və Qərbin İslam Respublikasına və İsrailə qarşı olan ikili standartlarını tənqid etmişdir.

Misirli spiker Misir xalqının İran ilə hər bir sahədə əməkdaşlıq etməyə hazır olduğunu demiş və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün Misri və İranın xeyli müştərək prinsipləri olduğunu bildirmişdir.

Laricani isə öz növbəsində Misirin İran üçün mühüm bir dövlət olduğunu vurğulamış və iki ölkə arasında olan ictimai-siyasi əlaqələrin daha da inkişaf edəcəyini bildirmişdir.

O əlavə edərək deyib: “Misirdə dəyişikliklər başlayan andan etibarən biz daimi olaraq vəziyyəti izləyirik və sizin qələbənizi ölkə üçün siyasi titrəyiş hesab edirik.”

Misir 1978-ci ildə İsrail rejimi ilə Kamp David razılaşmasını imzaladıqdan və İran padşahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verdikdən sonra İran Misirlə əlaqələri kəsmişdir.

Ancaq 2011-ci ilin fevral ayında baş verən Misir inqilabından sonra Tehran və Qahirə arasında əlaqələrin yenidən normallaşacağı gözlənilir.


Story Code: 233737

News Link :
https://www.islamtimes.org/az/news/233737/iran-bütün-regional-inqilabların-ilham-mənbəyidir

Islam Times
  https://www.islamtimes.org