0
Wednesday 23 January 2013 - 01:25

Netanyahu seşki kompaniyasında yeni rəqib ilə üzləşib

Story Code : 233741
Netanyahu seşki kompaniyasında yeni rəqib ilə üzləşib
Netanyahu seşki kompaniyasında yeni rəqib ilə üzləşib
Islam times.org/az/ - Dini sağçı siyasi qanaddan olan gənc siyasətçi Naftali Bennett diqqətləri özünə cəlb edir.

Netanyahu bu namizəd səbəbindən dini sağçı siyasi qanadın səslərini itirmiş oldu. Bennett parlamentdə cəmi üç yerə sahib olan Yəhudi Vətən partiyasının rəhbəridir. Ancaq onun artan şöhrəti bu seçkilərdə ona Knessetdə 12-14 yer qazandırması gözlənilir.

Naftali Bennett kimdir?
Siyasi analitiklər deyirlər ki, Bennett öz partiyası üçün yeni və müasir bir imic yaradıb. İsrailli gənclərin böyük əksəriyyəti öz seçki kompaniyası çərçivəsində Yəhudi Baharı haqqında çıxışlar edən Bennettiyə ümid edirlər.

Bennett deyib: “Bizim üçün ümdə məsələ İsrail daxilindəki problemləri həll etməkdir.”

O həmçinin müstəqil Fələstin dövlətinin yaradılmasının əleyhinədir.

Bennett inanır ki, C Ərazisi adlanan ərazini öz torpaqlarına qatmalıdır. Bu ərazi təxminən Qərb Sahilinin 60%-ni təşkil edir.

İsraildə mövcud olan ictimai abuhava optimist deyil. Məxsusən də iki il bundan əvvəl Tel Əvivin mərkəzində “Yay Etirazını” təşkil edən etirazçılar arasında plkənin gələcəyi haqqında pessimist fikirlər höküm sürür.

Bennett əvvəllər Netanyahunun büro rəisi olmuşdur və 2007-ci ildə Likud partiyası rəhbərliyinə öz namizədliyini irəli sürmüşdür. Daha sonra o Netanyahunun həyat yoldaşı ilə aralarında olan bəzi narazılıqlara görə vəzifəsindən istefa vermişdir.
Source : İslamtimes
Comment