QR CodeQR Code

Elçin Namazov: “Rasim Musayev Gəncədə dindarları həbs elətdirib, ağızlarına spirtli içkilər tökdürüb”

Musavat , 23 Jan 2013 01:56

İslamtimes - Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev tutduğu vəzifədən azad edilib. Generalın işdən çıxarılması ilə bağlı DİN rəhbərliyinin qərarı bir saat əvvəl qəbul olunub. Xəbəri İdarənin rəis müavini İlqar Balakişiyev Musavat.com-a təsdiqləyib.


Rasim Musayevin işdən azad olunmasına münasibət bildirərkən tanınmış vəkil Elçin Namazov “Deyerler.org”a bunları deyib: “Azərbaycanın polis sistemində keyfiyyətdən, əxlaqdan uzaq olan insanlar kifayət qədər çoxdur. Onlardan biri də Rasim Musayevdir. Bu şəxsin Azərbaycan ictimaiyyətinə, mətbuata bir çox iyrənclikləri məlumdur. Rasim Musayevin kobudluqları ilə qarşılaşmış şəxslərdən biri də mən özüməm. 2011-ci ildə Gəncədə həbs olunan dindarlarla bağlı onun özünün təşəbbüsü ilə görüşümüz oldu. O mənə bildirdi ki, əgər bu şəxsləri müdafiə etməyə davam etsəm, onlar barədə mətbuata açıqlamalar versəm, mənim çantama narkotik qoyacaqlar, qadınla şantaj edəcəklər. Mən bütün təhdidlərə baxmayaraq bu barədə mətbuata geniş açıqlamalar verdim, prokurorluğa şikayət ünvanladıb. Təəssüf ki, bunların heç bir nəticəsi olmadı. Nəticəsinin də olacağını gözləmirdim. Çünki bu şəxs Ramil Usubovun kadrlarından biridir. O, dəfələrlə Bəylər Əyyubovun adamlarını da döydürüb. Bu şəxs Gəncədə dindarları həbs elətdirib, ağızlarına spirtli içkilər tökdürüb. Jurnalistlərlə çox əxlaqsız münasibət göstərib. Bu şəxs hakimiyyətin özü üçün də üzqaraldan bir şəxsdir. Lakin, Ramil Usubovun adamı olması onun bu qədər vəzifədə qalmasına səbəb olmuşdur. Amma, bilinmir o hansı vəzifəyə göndəriləcək. Hər bir halda Rasim Musayevin işindən azad olunması gəncəlilər üçün çox sevindirici bir haldır”.


Story Code: 233748

News Link :
https://www.islamtimes.org/az/news/233748/elçin-namazov-rasim-musayev-gəncədə-dindarları-həbs-elətdirib-ağızlarına-spirtli-içkilər-tökdürüb

Islam Times
  https://www.islamtimes.org