0
Wednesday 23 January 2013 - 02:14

Azərbaycan ordusunda daha bir biabırçılıq

Story Code : 233752
Azərbaycan ordusunda daha bir biabırçılıq
Azərbaycan ordusunda daha bir biabırçılıq
Islam times.org/az/ - 2013 cü ilin ilk günləri ordudan xoşagəlməyən xəbərlər eşidilməsi ilə yadda qaldı. Hal- hazırda ölkə mətbuatında , dünya mətbuatında Azərbaycan ordusunda baş verən insidentlər haqda səhifə səhifə xəbərlər yayılmaqdadır.

Abşeron rayon Xırdalan şəhər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış əsgər döyülərək öldürülmüşdür. Hərbi hissə komandiri və nazirilik məmurları olayın göründüyü kimi olmadığını əsgərin xəstəlik səbbəindən dünyaısını dəyişdiyini sübut etməyə çalışsalar da əsgərin nəşinin üzərində zorakılıq əlamətlərinin olması birinci versiyanın həqiqətə uyğun olduğunu sübut edir.

Bu gün orduda daha bir qeyri -adi hal baş verdiyi məlumatı yayılıb. Sosial şəbəkələrdə yayımlanan bir fotoşəkil ölkə ictimaiyyətinin narahatlığına səbəb olmuşdur. Azərbaycan Ordusunun zabiti əsgərləri alçaldaraq bellərində diş pastası ilə “Gəncə” sözünü yazdırıb.
Amma ən biabırçı fakt isə son günlər ordu ətrafında baş verən söz-söhbətlərə baxmayaraq Azərbaycan əsgərinin əmanət olunduğu zabit bunu fəxrlə öz Facebook hesabında paylaşmasıdır. O bununla demək istəyir ki, mən 5 əsgəri alçaltdım. Və o, bunu vəzifəsindən sui istifadə etməklə həyata keçirib. Artıq o zabitin adı da açıqlanıb - Ülvi Namazlı.

Artıq orduda nələrin baş veridyi bir daha sübut edildi. Dedovşina qanununun hakim kəsildiyi ordumuzda əsgərlərimizin ən çox narahat etdiyi düşmən deyil, əksinə öz zabitlərimizdir. Lakin çox təəssüf olsun ki, Müdafiə Nazirliyi bu kimi neqativ halların qarşısını almaq əvəzinə şöhrət ordeni ilə dəyərləndirilir.

Heç kimə sirr deyil ki, əsgərliyə əsasən kasıb balaları və savadsız gənclər aparılır - bir az varlılar uşaqlarını xaricə yollayır oxumağa, savadlılar isə universitetlərə girir. Odur Müdafiə Nazirliyi ilə QHT-lər və ictimaiyyət elə 10-11 siniflərdə o uşaqlarla hərbi-vətənpərvərlik və sivil yaşam bilgilərini öyrətməli və əsgərlər onlara zülm etməkdə davam edən zabitlərə qarşı hüquq çərçivəsində mübarizə aparmalıdırlar.

Mətbuatda yayımlanan fotoşəkilə ictimai mediaya müxtəlif fikirlər irəli sürülmüş, əksəriyyət müdafiə nazirliyinin səriştəsizliyi ilə əlaqələndirdikləri üçün müdafiə naziri səfər əbiyevin istefasını tələb edən şüarlar səsləndirirlər.

“Daha döyülərək, söyülərək, don vurmadan, dağdan ayağı sürüşüb yıxılmadan, xəstələnərək əsgər ölümlərinə SON demək üçün, anaların ağlamaması üçün biz öz imzamı atdıq. Bəs siz?!” kimi xaqlqa müraciətlər olunur.
Source : İslamtimes
Comment