QR CodeQR Code

Netanyahu söz verdi...

23 Jan 2013 12:36

IslamTimes - Netanyahu söz verib ki, işğalçı İsraildə keçirilən parlament seçkilərində qalib gələrsə İsrailin məhv olma tarixini tezləşdirəcək.


Sionist rejimdə keçirilən parlament seçkilərində hələ ki, baş nazir Benyamin Netehyahunun təmsil etdiyi Likud partiyası 31 səs toplayıb. Bu partiyanın digər partiyalardan öndə olduğu vurğulanır. Netanyahu isə seçkilər gedişində yenidən İranın nüvə silahı hazırlamaq niyyətində olduğu bəhanəsi ilə bu ölkəyə hücum barədə danışıb.

İİR-in Ali dini lideri Seyyid Əli Xamenei, prezident Mahmud Əhmədinejad, İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlili və bir sıra digər rəsmilər dəfələrlə İranın heç bir zaman nüvə sınaqları həyata keçirməyəcəyini bildiriblər. İran "Nüvə Silahlarının Yayılmaması haqqında Razılaşma"nı imzalayan ilk ölkələrdəndir. Bu ölkə dinc nüvə enerjisi proqramını BAEA-nın nəzarəti altında davam etdirir və nüvə sənayelərinə BAEA 24 saat kameralar vasitəsi ilə nəzarət edir.

Amma bütün bunlara baxmayaraq İsrail və ABŞ İranın nüvə silahı əldə etmək niyyətində olduğu bəhanəsi ilə bu ölkəyə təzyiq edir. İran İslam Respublikası isə bu ölkəyə istənilən hücuma sarsıdıcı cavab veriləcəyini və uyğun addımın İsrailin məhvi ilə sonuclanacağını bildirib.

Xatırladaq ki, bir neçə gün öncə analitik Heydər Cəmal da İsrailin 2020-ci ilə qədər yer üzündən silinəcəyini söyləmişdi. Benyamin Netanyahu isə bu prosesi sürətləndirmək üçün deyib: "Biz istənilən halda İrana hücum etməyi planlaşdırırıq. Ancaq Likud partiyası qalib gəlsə bu zaman bu proses sürətlənəcək..."


Story Code: 233856

News Link :
https://www.islamtimes.org/az/news/233856/netanyahu-söz-verdi

Islam Times
  https://www.islamtimes.org