0
Wednesday 23 January 2013 - 13:16

"Hizbullah" İsrailin ən bahalı casusunu deşifrə etdi

Story Code : 233874
"Hizbullah" İsrailin ən bahalı casusunu deşifrə etdi
Livanın Baalbek Bələdiyyəsində və Livan Rabitə Nazirliyində vəzifə sahibi olan Əli Tofiq Yağı İsrailə casusluq etdiyinə görə yaxalanıb. Bəzi saytlar bu casusun "Hizbullah" və Livan Kəşfiyyatının birlikdə keçirdiyi əməliyyat zamanı deşifrə edilməsini yazıb. Verilən məlumata görə, adı çəkilən şəxs 23 il sionist rejim İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi üzə çıxıb. Əli Tofiqin Avropada rabitə sahəsində xüsusi hazırlıq keçdiyi və xüsusilə dinləmə cihazlarının mütəxəssisi kimi tanınırmış. Casus 2006-cı ildə İsrailə müharibə zamanı İsrailə hər məlumat müqabilində 600 min dollar "hədiyyə" aldığı da məlum olub. Livan kəşfiyyatı Əli Tofiqlə birlikdə bir nəfərin tutmasını da açıqlayıb. Xatırladaq ki, "Hizbullah" 2009-cu ildə İsrailin 1 nömrəli casusunu da aşkar etmişdi.
Livan xüsusi xidmət orqanları "Hizbullah"ın deşifrəsindən sonra casusu həbs ediblər. /İslam-azeri/
Comment