QR CodeQR Code

Netanyahu yenidən İrana qarşı ittihamlarla çıxış edib

İslamtimes , 23 Jan 2013 21:15

İslamtimes - İsrail baş naziri Benyamin Netanyahu yenidən İranı nüvə enerji proqramı məsələsində təhdid edib.


islamtimes.org/az/ - Netanyahu bu haqqda təhdidi çərşənbə günü Şərqi Qüdsdə seçkilərdə qalib gəlmə münsibətlilə etdiyi çıxışında deyib.

O deyib: “Bizim üçün ümdə məsələ İranı nüvə silahı əldə etməsinin qarşısını almaqdır.”

“Eqzit Poll” sorğu təşkilatı göstərir ki, Netanyahunun Likud-Beytenu bloku və onların müttəfiqləri İsrail ümumi seçkilərində az sayda insanların səslərini qazana biliblər.

Hərhalda eqzit poll-un verdiyi məlumata əsasən çərşənbə axşamı günü keçirilən seçkilərdə Netanyahunun Likud Partiyası – Yisrael Beytenu və millətçi müttəfiqləri gözlənildiyindən daha pis nəticə nümayiş etdiriblər və əsas yerləri mərkəz-solçu partiyalara uduzublar.

İsrail dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək hərbi hücum ilə təhdid edib.

İran isə öz növbəsində bütün bu ittihamları rədd edərək bildirib ki, Nüvə Yayılmama Razılığını imzalayan və Beynəlxalq Atom Enerji Agentliyinin üzüvü olan bir dövlət kimi dinc məqsədlər üçün nüvə enerji proqramından istifadə etməyə haqqı var.

Buna əlavə olaraq Atom Agentliyi İranın nüvə obyektlərində bir sıra müxtəlif təftişlər aparmış, ancaq İran nüvə enerji proqramının dinc məqsədlərdən kənara çıxması haqqında heç bir dəlil, sübut aşkar etməmişdilər.


Story Code: 234034

News Link :
https://www.islamtimes.org/az/news/234034/netanyahu-yenidən-irana-qarşı-ittihamlarla-çıxış-edib

Islam Times
  https://www.islamtimes.org