0
Wednesday 23 January 2013 - 22:42

Müsəlmanlara qarşı çirkin təxribat

Story Code : 234051
Müsəlmanlara qarşı çirkin təxribat
Bu patrulların fəaliyyəti artıq ictimaiyyətin narazılığına səbəb olub.

Məsələ burasındadır ki, həmin patrullar üzlərini gizlədərək küçədən keçənlərə yaxınlaşırlar, onlara qapalı geyinməyi, alkoqol qəbul etməməyi və "müsəlman ərazilərini" birdəfəlik tərk etməyi məsləhət görürlər. Onlar Londonun şərq rayonlarını müsəlman əraziləri kimi qəbul edirlər.

Öz "xidmətlərini" videoya çəkərək Youtube video serverinə də yerləşdirirlər.

The Guardian baş verənlərlə bağlı araşdırma aparıb və məlum olub ki, özlərini "İslam patrulu" kimi qələmə verənlərin heç biri müsəlman deyil.

London küçələrində guya "Şəriət qaydaları"nın bərqərar olmasını istəyənlərin bir neçəsi tutulub. Onların Britaniyadakı ultramillətçi və şovinist "Ağ Xaçın Oğulları" qruplaşmasının üzvləri olduğu üzə çıxıb.
YouTube-da yayılmış 3 dəqiqəlik videonun da aşkar provokasiya olduğu bildirilir.
The İndependent bildirir ki, Skotland-Yard bu videonu çəkərək ölkədə dini zəmində qarşıdurma yaratmaq istəyənləri axtarır.
Britaniya İslam Liqası "İslam patrulu" ilə bağlı iddiaları əxlaqsızlıq adlandırıb.
Polis videonun Londonun Uolthem Forest səmtində çəkildiyini müəyyənləşdirib.

Xatırladaq ki, Britaniyada hazırda 2,1 milyon müsəlman yaşayır. 20 il sonra britaniyalı müsəlmanların sayının 5,5 milyon nəfərə çatacağı təxminlənir.

milli.az
Comment