QR CodeQR Code

Rusiya xarici işlər naziri:

İran ilə müharibə çox təhlükəli ssenarilərdəndir

İslamtimes , 23 Jan 2013 23:13

İslamtimes - Rusiya xarici işlər naziri Serqey Lavrov İrana qarşı hər hansı bir hərbi hücuma qarşı xəbərdarlıq etmiş və bu hücum planını təhlükəli ssenari adlandırmışdır.


islamtimes.org/az/ - Çərşənbə günü Lavrov mətbuat konfransında çıxış edərək deyib: “İran məsələsinə gəlincə biz bir çox yerlərdə xatırlatmışıq ki, İran nüvə məsələsini həll etmək üçün güc və hərbi qüvvədən istifadə etmək fəlakətli nəticələrə gətirib çıxara bilər.”

O əlavə edərək deyib: “Biz həqiqətən də ümid edirik ki, bu fikir reallıqda həyata keçirilməyəcək. Dünya ölkələrinin əksəriyyəti də bu fikrə qarşıdırlar. Biz ümid edirik ki, bu cür fəlakətli hücumun qarşısını ala bilərik.”

Digər bir yerdə təşkil edilmiş mətbuat konfransı zamanı Rusiyanın baş diplomatı İranın regionun üzləşdiyi mühüm prblemləri həll etmək qabiliyyətinə sahib olduğunu bildirimişdir.

Lavrov deyib: “İran regionun bir hissəsidir. O regionun ən mühüm dövlətlərindən biridir. İran olmadan regionda mövcud olan problemləri həll etmək çox çətin bir məsələdir.”

ABŞ, İsrail və onların bəzi müttəfiqləri İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edirlər.

İran isə öz növbəsində bütün bu ittihamları rədd edərək bildirir ki, bir çox beynəlxalq təşkilatların üzvü olan bir dövlət kimi dinc məqsədlərlə nüvə enerji proqramından istifadə etməyə tam haqqı var.


Story Code: 234058

News Link :
https://www.islamtimes.org/az/news/234058/iran-ilə-müharibə-çox-təhlükəli-ssenarilərdəndir

Islam Times
  https://www.islamtimes.org