0
Wednesday 23 January 2013 - 23:26

Türkiyəli etirazçılar Alman əsgərlərinə hücum ediblər

Story Code : 234065
Türkiyəli etirazçılar Alman əsgərlərinə hücum ediblər
Türkiyəli etirazçılar Alman əsgərlərinə hücum ediblər
Islam times.org/az/ - Türkiyə İşçi Partiyasının tərkibində olan Türk Gənclər Birliyinin üzvləri çərşənbə axşamı günü şəhərin mərkəzində əsgərlərə hücum edərək onların başlarına torba keçirməyə çalışıblar.

Türkiyə mediasının İskəndərum rəsmilərinə istinadən verdiyi xəbərə görə 14 nəfər həbs edilmiş və 28 nəfər isə qəsdən digərlərinə zərər vurmaq ittihamları ilə həbs ediliblər.

Çərşənbə günü həmçinin Türk etirazçılar NATO raket sisteminin quraşdırılmasına və xarici ordu qüvvəllərinin ölkələrində olmasına etriaz əlaməti olaraq paytaxt Ankarada nümayişlər keçiriblər.


Keçən bir neçə gün ərzində oxşar etiraz nümayişləri həmçinin Alman və ABŞ səfirlikləri qarşısında da təşkil edilmişdir.

Bu arada Rusiya da Türkiyədə yerləşdiriləcək NATO raket sistemlərinə qarşı öz etirazını bildirmişdir. Ankara isə iddia edərək bildirib ki, bu raket sistemindən məqsəd sadəcə Suriyadan Türkiyəyə gələ biləcək təhlükənin qarşısını almaqdır.

Moskva deyir ki, NATO raket sisteminin Suriya ilə sərhəddə yerləşdirilməsi üçün Ankara Suriyadan gələ biləcək təhlükəni qəsdən şişirdir və bu ölçü tədbirləri həqiqətdə bütün region üçün təhlükə yaradır.
Source : İslamtimes
Comment