QR CodeQR Code

Suriya ordusu 6000 terrorçunu bir əməliyyatla öldürüb

24 Jan 2013 10:39

IslamTimes - Suriya ordusu əməliyyat planına əsasən pusqu quraraq təkcə “Təftətaz” hərbi-hava bazasında 5 min terrorçunu məhv edib.


Başqa hava limanlarını da ələ keçirmək istəyən digər yaraqlılar isə 1000 nəfər döyüşçüsünü itirib. Qəzet yazır: Silahlı qruplaşmalar Suriyanın, xüsusilə hərbi-hava bazalarını ələ keçirməyi planlaşdırırmışlar. Bu planın həyata keçməsi üçün ABŞ kəşfiyyatçıları və əsgərləri məxfi şəkildə sözügedən qruplaşmalara yardım ediblər. Onların məqsədi bazaları ələ keçirməklə rəsmi Dəməşqin əl-qolunu bağlamaq olub. Amma Suriya ordusu, silahlıların ABŞ-la birgə həyata keçirmək istədiyi plandan xəbər tutduğu üçün qabaqlayıcı tədbirlə onları öldürüb. Müxaliflər hər şeydən öncə İdlib şəhəri ətrafında yerləşən, strateji əhəmiyyətli “Təftənaz” hərbi bazasını ələ keçirməyi planlaşdırıblar. Bunun üçün 6 min döyüşçü Ədhəm əl-Cəvahiri adlı şəxsin başçılığı ilə qeyd olunan hava limanına hücum edərək oranı ələ keçiriblər. Amma müxaliflər bilməyiblər ki, Suriya ordusu onlar gəlmədən öncə bu bazada olan bütün hərbi təchizat, helikopter və digər avadanlıqları çıxarıblar. Tamamilə pusquya düşən terrorçular Suriya Hərbi Hava Qüvvələrinin təyyarələri vasitəsilə öldürülüb. “Mənəğ” hava limanına hücum edən terrorçulardan isə 500-ü öldürülüb, daha 500-ü isə əsir götürülüb. Ümumilikdə isə 6 min silahlı yaraqlı öldürülüb.
Bu hücumlarda ABŞ və müxaliflər əsasən əl-Qaidə terrorçularından istifadə ediblərmiş. /XeberName/


Story Code: 234191

News Link :
https://www.islamtimes.org/az/news/234191/suriya-ordusu-6000-terrorçunu-bir-əməliyyatla-öldürüb

Islam Times
  https://www.islamtimes.org