QR CodeQR Code

İsmayıllıda şagirdləri də tutublar

24 Jan 2013 18:59

IslamTimes - Rayonda həbslər davam edir və onların arasında azyaşlılar da var


Hazırda İsmayıllıda olan müxbirimiz Elşən Məmmədəliyevin verdiyi məlumata görə, rayonda həbslər davam edir və onların arasında azyaşlılar da var. Müxbirimiz rayon polis idarəsinin qarşısında həbs olunan azyaşlıların valideynləri ilə söhbət edib.

Valideynlər bildiriblər ki, onların 11-ci sinifdə oxuyan övladlarını polis saxlayaraq şöbəyə gətirib. Valideynlərinin dediyinə görə, şagirdlər yanvarın 23-də İsmayıllıdakı iğtişaşlarda iştirakda suçlanır. Müxbirimiz saxlanan şagirdlərin adlarını öyrənib.

Onlar Kərimli Sənan Rəvan oğlu, Namiq və Elmandırlar (əməkdaşımız sonuncu iki nəfərin soyadını dəqiqləşdirə bilməyib-red.). Hər üç şagirdin 11-ci sinifdə oxuduqıarı və sinif yoldaşı olduqları bildirilir. E.Məmmədəliyevin musavat.com-a verdiyi məlumata görə, hər üç şagird haqda 3 aylıq həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. /musavat/


Story Code: 234278

News Link :
https://www.islamtimes.org/az/news/234278/ismayıllıda-şagirdləri-də-tutublar

Islam Times
  https://www.islamtimes.org