0
Friday 25 January 2013 - 01:08

Ağsuda da İcra Hakimiyyətinin qarşısında gərginlik yaranıb

Story Code : 234405
Ağsuda da İcra Hakimiyyətinin qarşısında gərginlik yaranıb
Ağsuda da İcra Hakimiyyətinin qarşısında gərginlik yaranıb
Bu barədə Teleqraf.az –a Ağsu sakinlərindən biri məlumat verib. Məlumata görə, Y.Sultaov şüşə qabaqba özü ilə gətrdiyi benzini üstünə töküb. Alışqana əl atdıqda isə polislər bunun qarşısnı alıb. Qıza bir zamnda İcra Hakimiyyətinin qarşısına xeyli adam yığılıb. Polis əməkdaşları Y.Sultanovun özünə qəsd etməsinin qarşısnı çətinliklə alıblar.

Bizə məlumat verən mənbənin sözlərinə görə, Y.Sultanov ağır sosial vəziyyətindən təngə gəlib. O, xeyli müddət imiş ki, kömək üçün ölkə rəhbərliyinə məktublar yazırmış. Prezident İlham Əliyevə də ünvanladığı məktub cavabsız qalmayıb. Həmin məktub rayon İcra Hakimiyyətinə göndərilib və qeyd olunub ki, məktubda göstərilən problemlər həll olunmalıdır. Lakin xeyli müddət keçməsinə baxmayaraq Ağsu rayon İcra Hakimiyyəti Y.Sultanovun vəziyyətilə maralanmayıb. Nəhayət bu gün o, özü ilə şüşə qabda benzin götürərək İcra Hakimiyyəti binasının qarşısına gəlib və orada intihara cəhd edib.

Məlumata görə, artıq məsələyə İcra Hakimiyyətinin başçısı da qarışıb və o, Y.Sultanovla şəxsən görüşərək problemlərinin həll olunacağını bildirib. İcra başçısı söz verib ki, ona ayrıca ev də tikiləcək.

Qeyd edək ki, Y.Sultanov ailəsilə birgə dözülməz şəraiti olan mənzildə qalır.
Source : Teleqraf.az
Comment