QR CodeQR Code

Şahzadə Harry: Mən xalqımı qorumaq üçün müsəlmanları öldürdüm

İslamtimes , 25 Jan 2013 23:25

İslamtimes - Əfqanıstanın cənubunda yerləşən Helmənd əyalətində beş aylıq hərbi xidmət vəzifəsini başa vurub geri qayıdan İngiltərə şahzadəsi Harry deyib ki, o öz xalqını müdafiə etmək üçün müsəlmanları qətlə yetirib.


islamtimes.org/az/ - Harry deyib: “Həyatı xilas etmək üçün həyata qıymalısan. Bax bizim vəzifəmiz budur.”

Şahzadə Harrinin Helmənddə nə qədər insan qətlə yetirdiyi məlum deyil, ancaq o qətllərlə bağlı məsuliyyəti öz üzərinə götürüb.

O deyib: “Əgər bizim heyətimizə qarşı hər hansı bir pis niyyətdə olan hər kim varsa, biz dərhal onu aradan götürürük.”

Hərbi vertolyotda atıcı vəzifəsində xidmət edən şahzadə Harry Apaçi vertolyotundan insanları qətlə yetirməyi video oyunlar ilə müqayisə edib və o öz işindən həzz aldığını bildirib.

O deyib: “Bu iş mənim üçün çox əyləncəlidir, çünki mən PlayStation və Xbox kimi video oyunları oynamağı xoşlayıram.”

28 yaşlı şahzadənin internetdə Las Vegasdakı hoteldə çılpaq şəkilləri yayıldıqdan sonra 20 həftəlik NATO-nun Əfqanıstandakı ordusunda xidmət etməyə göndərilmişdir.

Rəsmi statisitik mlumata əsasən 2001-ci ildən etibarən Əfqanıstanda 3257 ABŞ əsgəri öz həyatını itirmişdir.


Story Code: 234578

News Link :
https://www.islamtimes.org/az/news/234578/şahzadə-harry-mən-xalqımı-qorumaq-üçün-müsəlmanları-öldürdüm

Islam Times
  https://www.islamtimes.org