QR CodeQR Code

Siyasi analitik:

Netanyahu siyasi liderliyini qoruyub saxlamaq üçün İran ilə müharibə ardıncadır

İslamtimes , 26 Jan 2013 00:06

İslamtimes - Siyasi analitik deyib ki, İsrail baş naziri Benyamin Netanyhau siyasi liderliyini qoruyub saxlamaq üçün İran ilə müharibəyə başlamaq istəyir.


islamtimes.org/az/ - Press TV-yə müsahibə verən Jim Dean deyib: “İsrailin müharibə yönümlü insanları həmişə çalışıblar ki, müharibə olsun …və mən fikirləşirəm ki, Netanyahu öz siyasi liderliyini qoruyub saxlanması üçün gələcəkdə bütün diqqətini İran ilə müharibəyə yönəldəcək.”

O həmçinin bildirib ki, Netanyahu ictimaiyyətin fikrini ölkəsində mövcud olan sosial və iqtsiadi çətinliklərdən yayındırmaq üçün İran məsələsinin gündəmdə tutmağa çalışacaq.

Netanyahunun seçkilərdə çox az səs toplamasına toxunan Dean deyib ki, yazda onları digər bir seçki gözləyir və müxalifətin bu səfər daha aktiv olacağı gözlənilir, çünki Likud qrupu on xal uduzub.

“Exit Poll” nəticələri göstərdi ki, Netanyahunun Likud – Beytenu bloku seçkilərdə az yerə əldə edə biliblər.

Dean sonda deyib: “Həqiqət budur ki, Netanyahu indi hər şeydən çox öz liderliyini qoruyub saxlamaq üçün çalışacaq. O bu məsələdə də ən çox İran mövzusunu gündəmə gətirəcək. Çünki o deyib…İran nüvə enerji proqramı bizim üçün ən ümdə problemlərdəndir.”


Story Code: 234590

News Link :
https://www.islamtimes.org/az/news/234590/netanyahu-siyasi-liderliyini-qoruyub-saxlamaq-üçün-iran-ilə-müharibə-ardıncadır

Islam Times
  https://www.islamtimes.org